Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:40
09 May 2025
13:07
09 May 2025

Lavrov: “İrəvanın da buna səy göstərəcəyinə ümid edirik”

Moskva Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarları və qonşuları ilə işləyir.

TNS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

"Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olacaq və səy göstərəcək”, - deyə nazir bildirib.