Close

Polis məntəqəsində yanğın olub - 38 nəfər xəsarət alıb

Misirin şimal-şərqində yerləşən İsmailiyyə şəhərindəki polis məntəqəsində yanğın baş verib.

TNS Misirin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yanğın nəticəsində binanın fasadı dağılıb. Azı 38 nəfər xəsarət alıb, onlardan 26-sı xəstəxanalara yerləşdirilib. Yanğın başlayan zaman polis məntəqəsinin binasında olan insanların dəqiq sayı və hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur.

Yanğının söndürüldüyü bildirilir.