Kiyevdə Aİ XİN rəhbərlərinin iclası keçirilir
46
10:48 - 02 Oktyabr 2023

Kiyevdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.
TNS xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında ("Twitter") bildirib.
"Mən bu gün Kiyevdə Aİ xarici işlər nazirlərinin Aİ-dən kənarda ilk görüşünü çağırmışam. Ukraynanın gələcəyi Aİ-dədir", - Borrell bildirib.