Close

Bu şəhərdə 1 milyon insan küçəyə çıxdı

Polşanın ən böyük müxalifət partiyası olan Vətəndaş Platforması Varşavada genişmiqyaslı aksiya keçirib.

TNS xəbər verir ki, Varşavanın mərkəzində keçirilən mitinq “Milyon Ürək Yürüşü” adlandırılıb.

Aksiya oktyabrın 15-nə təyin edilmiş parlament seçkilərinə iki həftə qalmış keçirilir.

Partiyanın sədri, keçmiş baş nazir Donald Tusk "X" sosial şəbəkəsində yürüşdə bir milyondan çox insanın iştirak etdiyini yazıb. Məlumatı Varşava meriyasının nümayəndəsi Yakub Leduxovski də təsdiqləyib. Polşa mediası yürüşün dinc keçdiyini yazır.

Planlaşdırılan aksiya ilə əlaqədar səhər saatlarında Varşavanın mərkəzində küçələr bağlanıb, ictimai nəqliyyatın marşrutları dəyişdirilib.