Avropa İttifaqında ən yüksək turist vergisi tətbiq edilən şəhərin adı açıqlanıb
Amsterdam 2024-cü ildə Avropa İttifaqında ən yüksək turizm vergisini tətbiq edəcək.
TNS xəbər verir ki, “Ekspress” qəzetinin məlumatına görə, oteldə gecələmə vergisi 12,5%-ə qaldırılacaq ki, turistlər bu vergini otaq qiymətindən əlavə ödəməlidirlər.
Bundan əlavə, kruiz gəmilərinin sərnişinləri üçün ödəniş də artırılacaq. Turistlər adambaşına 8 avro əvəzinə 11 avro ödəyəcəklər.
Amsterdamın maliyyə direktoru Hester van Byuren bildirib ki, alınan vəsait yerli sakinlərə xidmət haqqının ödənilməsinə sərf olunacaq. O, verginin Venesiyada olduğu kimi bir günlük səfər edənlərə də tətbiq olunacağını istisna etməyib.