Close

İlon Mask sərhədə Tramp üslubunda divar çəkməyi təklif edib

İlon Mask ABŞ-Meksika sərhədində Tramp üslubunda divar tikməyi təklif edib.

TNS xəbər verir ki, bu barədə o , “X” sosial şəbəkə hesabında bildirib.

Cümə axşamı milyarder sərhəd böhranını canlı yayımlamaq üçün Texas ştatının Eagle Pass şəhərinə gedib və orada bir sıra siyasi debatlarda iştirak edib.

“Bizə həqiqətən divar lazımdır və sığınacaq üçün müraciət edən insanlardan dəlil tələb etməliyik, çünki hamı bunu edir”,- Mask qeyd edib.

O, həmçinin amerikalı siyasətçiləri tənqid edərək deyib ki, onları ABŞ sərhədindən daha çox Ukrayna sərhədi maraqlandırır.