Terrorçular erməni ordusunda xidmət edəcək
52
17:28 - 29 Sentyabr 2023

Qarabağdan qaçmış terrorçu silahlı qruplaşma üzvləri Ermənistan ordusunda xidmətini davam etdirəcəklər.
TNS xəbər verir ki, bunu erməni jurnalistlərə Ermənistanın müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.
“Qarabağdan gəlmiş “müdafiə ordusunun hərbi qulluqçularının” Ermənistan ordusuna daxil olması bizim üçün arzuolunandır. Çünki bunlar bizim soydaşlarımızdır və öz “təcrübələri”, “hərbi bilikləri” ilə ölkənin silahlı qüvvələrinə fayda verə bilərlər”, - Sərkisyan bildirib.