ABŞ-nin bu addımı Rusiya və Çinlə bağlıdır

ABŞ Müdafiə Nazirliyi kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasını açıqlayıb.
TNS xəbər verir ki, açıqlamada kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasının yenilənmiş versiyasının hazırlanmasının Rusiya və Çinin bu sahədə artan imkanları ilə bağlı olduğu vurğulanıb.
Qeyd olunub ki, 2014-cü ildə kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasının nəşrindən bəri həm Çin, həm də Rusiyanın bu silahları inkişaf etdirmək imkanları artıb. Bu səbəbdən ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının kimyəvi, bioloji, radioloji və ya nüvə silahları ilə bağlı hərbi qarşıdurma ilə üzləşməsi riski daha da ciddiləşib.
"Rusiya qeyri-strateji nüvə silahlarının böyük və müxtəlif arsenalını genişləndirir, modernləşdirir. Nüvə silahının genişləndirilməsi və modernləşdirilməsi proqramını inkişaf etdirən Çin 2030-cu ilə qədər ən azı 1000, 2035-ci ilə qədər 1,5 min nüvə başlığı yerləşdirmək niyyətindədir", - qeyd olunub.