Close

13:01
26 Dekabr 2024

Putindən bu ölkələrə 10 illik embarqo

Rusiya sanksiyalara cavab olaraq 2014-cü ildə tətbiq edilən ərzaq embarqosunu daha 10 il uzadıb.

TNS Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Putin sərəncam imzalayıb.

Embarqonun bir hissəsi olaraq, iqtisadi sanksiyalar tətbiq edən dövlətlərdən ölkəyə ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq idxalı qadağandır.

Embarqo Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada, Norveç, İslandiya, Lixtenşteyn, Albaniya və Monteneqroya şamil edilir.