Papa dünyanı Monqol İmperiyası modelində sülhə çağırır

Papa Fransisk dünyanı “Monqol sülhü” modelinə çağırıb.
TNS xəbər verir ki, bu barədə Monqolustanda səfərdə olan Roma Papası prezident Uxnaaqiyn Xurelsux ilə görüş zamanı deyib.
O Monqol İmperiyası dövründən qalma ənənələri yüksək qiymətləndirib.
“Bir imperiyanın belə ucqar və rəngarəng ölkəni əsrlər boyu qoruya bilməsi sizin əcdadlarınızın bu geniş regionun xalqlarının qeyri-adi keyfiyyətlərini görmək və bu keyfiyyətləri ümumi inkişafın xidmətinə vermək kimi inanılmaz bacarığına dəlalət edir. Bu modeli bu gün qiymətləndirmək və tətbiq etmək lazımdır”, - deyə Fransisk bildirib.
Vatikan ümid edir ki, yalnız 1450 katolikin yaşadığı, əsasən Buddist ölkə olan Monqolustan Müqəddəs Taxt-Tacın Çin ilə çətin münasibətlərinin yaxşılaşdırılmasında vasitəçi rolunu oynaya bilər.