Müdafiə naziri istefa verib
17
11:33 - 31 Avqust 2023

Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.
TNS xəbər verir ki, bununla bağlı britaniyalı nazir "Twitter" hesabında bildirib.
"Bu böyük millətə xidmət etmək şərəf idi", o paylaşımında qeyd edib.
Müdafiə nazir istefası ilə bağlı Baş nazir Rişi Sunaka məktub ünvanlayıb, Baş nazir Sunak ona cavab məktubunda Uollesin istefasını təsdiqlədiyini bəyan edib.