Close

Rusiyada hərbi aerodroma PUA hücumu oldu

Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz uçuş aparatı ilə hücum olub.

TNS yerli KİV-ə istinadən xəbər verir ki, PUA hücumu nəticəsində 4 ədəd "İl-76" təyyarəsinə ziyan dəyib.

Pskov vilayətinin qubernatoru Mixail Vedernikov öz "Telegram" kanalında hücumu təsdiqləyib.

“Müdafiə Nazirliyi pilotsuz təyyarələrin Pskov hava limanına hücumunun qarşısını alır. Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam”, - deyə vilayət rəhbəri açıqlamasında bildirib.

Qeyd edək ki, Pskov şəhəri Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir.