Close

Adı porno qalmaqalında hallanan baş nazir namizədi- FOTO

Latviya Prezidenti Edqars Rinkeviç baş nazir postuna şübhəli şöhrətə malik, hazırkı rifah naziri Evika Silinanın namizədliyini irəli sürüb.

TNS xəbər verir ki, internet Evika Silinanın "bu yaxınlarda porno filmlərin aktrisası üçün kastinqdən keçdiyi" xəbərləri ilə doludur.

Latviyanın “Neatkariga Rita Avize” qəzeti yazır ki, porno qalmaqalı olmasa belə, Evika Silina "zəhərli" keçmişə malikdir. Onun 90-cı illərin ən cəsarətli personajlarından biri, “taxtabiti” ləqəbli Janis Kalva ilə münasibətlərinin olduğu iddia edilir. Hansı ki, o bir neçə dəfə xuliqanlıq və zorlama ittihamları ilə mühakimə olunub. 2000-ci ildə isə Riqanın mərkəzi həbsxanasında ölü tapılıb.

“Silina baş nazir kürsüsünə əyləşəndə ​​çoxları bu cütlüyün həyat və yaradıcılıq yollarını araşdırmağa başlayacaq",- deyə nəşr qeyd edir.

40fb88c8008c13023b8282b9150c6

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ətrafında da “aşağı sosial” keçmişlə bağlı şayiələr dolaşır. “Yaşıllar” Partiyasının seçki kampaniyası zamanı sosial şəbəkələr #Kanzlerkandidatin (kanslerliyə namizəd) heşteqi ilə Almaniya Xarici İşlər Nazirliyinin gələcək rəhbərinə bənzəyən gənc xanımın çılpaq şəkli və bu ifadə ilə çalxalanırdı:

“Gənc idim və pula ehtiyacım var idi”.