Almaniya sürətlə iflasa doğru gedir- Firmaların dörddə biri risk altındadır

Alman iqtisadçıları ölkədə müflisləşmə dalğasının yaxınlaşmasından çox narahatdırlar.
TNS “Aussiedlerbote”a istinadən xəbər verir ki, hazırda orta şirkətlərin 26%-i öz biznesindən imtina etməyi düşünür.
BVWM Kiçik və Orta Bizneslərin Federal Assosiasiyasının keçirdiyi sorğuya əsasən, hər beş orta şirkətdən biri (22%) xaricə köçməyi düşünür. Almanların isə orta hesabla 70-90%-i orta şirkətlərdə çalışır.
BVWM-in baş direktoru Markus Jerger bildirib ki, bu vəziyyət sadəcə xəbərdarlıq siqnalından da ciddidir.
Assosiasiya şirkətlərin kütləvi iflasına qarşı çıxmaq üçün orta şirkətləri gücləndirməyə çağırır. Çünki ötən il Almaniya biznes mühiti olaraq132 milyard avro xalis investisiya itirib. Nəticədə Almaniya Şimali Amerika və Asiyaya uduzur.