Close

Kanar adaları yaxınlığında 300 nəfər itkin düşüb

Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən və içərisində 300 nəfərin olduğu üç qayıq Atlantik okeanının sularında itib.

TNS-in məlumatına görə, bu barədə “Reuters“ə “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olan iki qayıq 15 gün əvvəl yoxa çıxıb.

Üçüncü gəmi 27 iyunda göyərtəsində təxminən 200 nəfərlə Seneqaldan ayrılıb və o vaxtdan bəri heç bir xəbər yoxdur.