Belarusda Ukrayna xəbər saytları bloklandı
66
10:53 - 29 İyun 2023

Belarus Ukrayna xəbər saytlarını bloklamağa başlayıb.
TNS xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vitebsk vilayətinin prokurorunun qərarına əsasən, Ukraynanın 5 xəbər saytı bloklanıb.
“Bu portallarda vətəndaşları “Vaqner” ilə bağlı vəziyyətlə əlaqədar Belarusun dövlət orqanlarına qarşı çıxmağa sövq edən ekstremist xarakterli məlumatlar yerləşdirilib. Eyni zamanda bir neçə saytda Belarus prezidentini gözdən salan yalan məlumat yayılıb”,- prokurorluğun məlumatında bildirilib.