Sergey Şoyqu: “İndi Rusiyanın taleyi həll olunur”
43
17:03 - 21 İyun 2023

“İndi Rusiyanın taleyi həll olunur, onun geosiyasi gələcəyi müəyyənləşdirilir”.
TNS TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu ali hərbi təhsil müəssisələrinin məzunları qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Moskvaya qarşı “əsl müharibəyə” başlayıb.
“Ölkənin Silahlı Qüvvələri suverenliyi və təhlükəsizliyi təmin etmək üçün hər şeyi etməyə hazırdır”,- Şoyqu bildirib.