Close

Sabiq prezident korrupsiyaya görə həbs olundu- FOTO

Braziliyanın sabiq prezidenti Fernando Kolor de Melo 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

TNS xarici mediaya istinadən xəbər verir ki, o, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.  

Ölkənin 73 yaşlı sabiq rəhbəri "Petrobras” neft şirkətinin törəmə müəssisəsindən təxminən 6 milyon dollar dəyərində rüşvət almaqda təqsirli bilinib. 

Xatırladaq ki, Fernando Kolor de Melo 1990-1992-ci illərdə Braziliyanın prezidenti olub. Parlamentin ona qarşı impiçment qərarından sonra istefa verib.

VZV6NVNLBZGTDPHNXJGOMW52BQ