"TikTok" bağlanır - Qanun imzalandı

Montana qubernatoru Qreq Gianforte "TikTok" qısa video xidmətini qadağan edən qanunu imzalayıb. Bu, vətəndaşları Çin tərəfindən iddia edilən kəşfiyyat məlumatlarının toplanmasından qorumaq üçündür.
TNS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Montana hakimiyyəti qanuna uyğun olaraq Google Play və "App Store"-a "TikTok" proqramını yükləməyi təklif etməyi qadağan edəcək.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minməlidir.
Məşhur videoservis rəhbərliyinin fikrincə isə, yeni qanun ştat sakinlərinin hüquqlarını pozur, belə ki, müvafiq bəyanat Montana daxilində və bu ştatdan kənarda istifadəçilərin hüquqları uğrunda mübarizəni davam etdirmək vədi ilə verilib.