İsrail Hələb hava limanını vurdu
26
11:25 - 22 Mart 2023

İsrail təyyarələri Hələb beynəlxalq hava limanı yaxınlığına raket zərbələri endirib.
TNS xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yerli vaxtla saat 03:55-də İsrail Aralıq dənizindən Hələb beynəlxalq hava limanı ərazisinə bir neçə raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.
Hücum nəticəsində hava limanına ziyan dəydiyi bildirilib.