Niderlandda Rusiya və Çinin proqram təminatlarını telefonlardan silmək tövsiyə edilib
16
09:42 - 22 Mart 2023

Niderland hökuməti məmurlara Rusiya, Çin, Şimali Koreya və İran şirkətlərinin proqram təminatlarını cihazlardan silməyi tövsiyə edib. Hökumət bu ölkələrin kiberproqramlarını “aqressiv” hesab edir.
TNS xəbər verir ki, bu barədə “Politico” ölkənin rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra Van Haffelenin məktubuna istinadən yazıb.
Bundan əvvəl Aleksandra Van Haffelen xüsusi xidmət orqanlarına TikTok tətbiqinin hökumət telefonlarında istifadəsi ilə bağlı mümkün riskləri öyrənməyi tapşırmışdı.