Vladimir Putinlə Si Cinpin arasında görüş 4 saatdan çox davam edib
28
22:47 - 20 Mart 2023

Xəbər verdiyimiz kimi, Çin lideri Si Cinpin bu gün Rusiyaya səfər edib.
Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında keçirilən qeyri-formal görüş başa çatıb.
TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, Çin Sədri artıq Kremli tərk edib.
Bildirilib ki, tərəflər arasında danışıqlar təxminən 4 saat 30 dəqiqə davam edib.