Prezident administrasiyasının əməkdaşlarına bir ay vaxt verilib ki...
53
12:41 - 20 Mart 2023

Rusiya Prezident administrasiyasının əməkdaşlarına martın sonuna kimi iPhone telefonlarını başqa brendlər və fərqli əməliyyat sistemli smartfonlarla dəyişdirmək tapşırılıb.
TNS xəbər verir ki, bu barədə "Kommersant" yazır.
Bu məlumat Putin administrasiyasının daxili siyasi blokunun əməkdaşları üçün martın əvvəlində Moskva vilayətində keçirilən seminarda rəsmilərin diqqətinə çatdırılıb.