Close

Turistlər üçün kosmosa biletlərin satışına başlanılıb – Bir biletin qiyməti 450 min ABŞ dollarıdır

Amerikanın “Virgin Galactic” şirkəti turistlər üçün kosmosa biletlərin satışına başladığını elan edib. Bir biletin minimum qiyməti 450 000 ABŞ dolları olacaq. Satışlar bu gün - fevralın 16-da açılacaq.

TNS xəbər verir ki, bu barədə "Business Insider" portalı məlumat yayıb.

5afd7442-9de6-4184-9804-10eaebfbfb25

Bildirilir ki, biletin qiymətinə 150.000 dollar depozit daxildir. Uçuş 90 dəqiqə davam edəcək. 2022-ci il ərzində 1000 biletin satışı və alıcılarının kosmosa göndərilməsi planlaşdırılır.

Uçuşlar Nyu Meksikodan həyata keçiriləcək.

Xatırladaq ki, “Virgin Galactic”in sahibi Riçard Branson 2021-ci ilin iyulunda kosmosa uçmuşdu. Bir neçə gün sonra dünyanın ən zəngin adamı Ceff Bezos kosmosa səfər etmişdi.