“Əlaqə yaratmaq lazımdır” - Şarl Mişeldən səfərbərlikdən yayınan ruslara dəstək

Avropa Şurasının rəhbəri Şarl Mişel qismən səfərbərliyə düşmək istəməyən Rusiya vətəndaşlarına humanitar vizaların verilməsi təşəbbüsünü dəstəkləyib.
TNS xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyada bu səfərbərlik yeni fakt olduğundan, tez bir zamanda qarşılıqlı əlaqə və koordinasiya yaratmaq lazımdır.
Mişel əlavə edib ki, o, bu təşəbbüsün reallaşmasına dair Avropa İttifaqında olan həmkarları ilə məsləhətləşmələrə açıqdır.
Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.