Ruslar geri çəkildiklərini etiraf etdilər

Xüsusi hərbi əməliyyat zamanı rus bölmələri İzyum şəhərini tərk etməli olub.
TNS xəbər verir ki, bu barədə müharibə müxbiri Yevgeni Poddubnı “Telegram” kanalında məlumat verib.
Müxtəlif mənbələrdən əldə edilən məlumatlara görə, rus qoşunları Oskol çayı üzərindən geri çəkilir. Geri çəkilmə ilə bağlı məlumatı "Telegram"da “Donetsk Xalq Respublikası”nın informasiya nazirinin birinci müavini Danil Bezsonov təsdiqləyib.
“Bəli, onlar İzyumdan, eləcə də Xarkov istiqamətinin bəzi digər yaşayış məntəqələrindən ayrıldılar. Təbii ki, bu pisdir və bu, yüksək komandanlıq səhvlərinin nəticəsidir. Amma bunda gizli mənalar axtarmağa ehtiyac yoxdur. Söhbət razılaşmalardan və xəyanətdən getmir. Biz sadəcə bacardığımız qədər mübarizə aparırıq”, - Bezsonov bildirib.