Bakının bəzi ərazilərində qaz kəsiləcək
12
09:19 - 30 May 2025
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.