Close

Pullarımız buna görə oğurlanır - Bu kod nə üçün vacibdir?

Texnologiyanın inkişafı təəssüf ki, kibercinayətkarlığa yeni imkanlar açır. Artıq sürətlə çoxalan kibercinayətkarlıq həm fərdi, həm də dövlət səviyyəsində böyük təhlükə yaradır.

Bunun nəticəsidir ki, son dövrlərdə Azərbaycanda vətəndaşların bank kartlarından pullarının oğurlanması halları artıb.

Bəs, buna səbəb nədir?

SI-Blog-One-Time-Password-03-1024x656

TNS xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, telefonumuza mesaj formasında gələn “OTP” adlanan kod kiberdələduzların sonuncu hədəfidir. Ona görə də bu kod heç bir halda, bank əməkdaşı olduğunu iddia edənlərə, tanımadığımız şəxslərə verilməməlidir.

”OTP” (One-Time Password) — yəni birdəfəlik şifrə, onlayn ödəniş və əməliyyatlar zamanı kart sahibi olduğunuzu təsdiqləmək üçün göndərilən fərdi təhlükəsizlik kodudur. Bu kod yalnız şəxsin özü üçündür. “OTP” kodu ələ keçirən şəxs kartınızdakı vəsaitləri asanlıqla mənimsəyə bilər.

Buna görə də Xidmət şübhəli hal gördükdə dərhal bankla və ya müvafiq qurumlarla əlaqə saxlamağı tövsiyə edir.

Azadə Yolçu