Close

Xəzərdə suitilərin kütləvi ölümünə səbəb nədir? - VİDEO

Çoxalma üçün Xəzərin şimalına üz tutdular, cənuba qayıdanda isə bir çoxunun cəsədi sahilə çıxdı. Söhbət bu günlərdə xəzərin həm Qazaxıstan, həm də Pirşağı sahilində tapılan ölü suitilərindən gedir.

TNS xəbər verir ki, mövzu ilə bağlı Xəzər TV-də süjet yayımlanıb.

Cəsədləri görən sakinlər deyirlər ki, onlarla dənizə çimməyə gedərkən qarşılaşıblar.

Ekoloqlar bildirirlər ki, Xəzər dənizində suitilərinin ölümü müntəzəm baş verən hadisədir.

Onların sözlərinə görə, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür. Bu cür hallara Mərdəkan, Novxanı istiqamətlərində də rast gəlmək mümkündür. Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə deyir ki, suiti cəsədləri Xəzərin suyunu çirkləndirmir. Bu ölüm halları kiçik həcmdədir. Xəzər dənizi xüsusiyyətinə görə öz-özünü təmizləyir.

Ona görə də çimərlik mövsümündən əvvəl dəniz  suyunun bu cəsədlər səbəbindən çirklənməsi ilə bağlı narahatlığa əsas yoxdur.

Daha ətraflı videoda: