Close

Pik saatda qəpiksiz metro: "BakıKart" aparatında ödəmə girişi NİYƏ daraldılıb? - FOTO

Metronun "Koroğlu" stansiyasında bəzi "BakıKart" aparatlarına qəpiklə ödəniş etmək olmur.

TNS Oxu.Az-a istinadla xəbər verir ki, ödəmə cihazlarının girişləri bağlanıb.

Bundan əlavə, cihazlardan birinin girişi daraldılıb, bu, qəpiklə ödənişin qarşısını almaq üçün edilib.

Maraqlıdır ki, pik saatda, sıxlığın müşahidə edildiyi bir vaxtda bu məsələyə niyə nəzarət edilmir?

Sərnişinlərin sözlərinə görə, digər stansiyalarda da belə halla rastlaşmaq mümkündür.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlanıb.

Görüntüləri təqdim edirik:

2025-05-28-09-41-00ghvAUok2DRqB43U017y1_file

2025-05-28-09-40-56wKuH2BEZaRh4XuVaTZm4_file

2025-05-28-09-42-288iYq32lTwGnslt8VJo8R_file