Əsəddin Novruzov dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Novruzov Əsəddin Curu oğlu Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
TNS xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra şəhidin nəşi Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Mingəçevir şəhər və Ağdam rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna verilib.
Qeyd edək ki, Əsəddin Curu oğlu Novruzov 1939-cu ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edən Ə.Novruzov 1992-ci ildə həmin kənddə itkin düşüb. Onun qalıqları bu il martın 31-də aşkarlanıb. Şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında ailə üzvlərinin istəyinə əsasən dəfn edilib.