Əli Əsədov qərar imzaladı
9
14:05 - 27 May 2025

Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib.
TNS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda “Feldyeger rabitəsi haqqında” qanunun 3.2-ci maddəsinə əsasən hazırlanıb və diplomatik korrespondensiyaların Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan ərazisində və onun hüdudlarından kənarda daşınması qaydasını müəyyən edir.