Close

Stomatoloqlara plan tələbi niyə qoyulub? - RƏSMİ

Bir neçə gündür paytaxtda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğu barədə iddia yayılıb.

TNS xəbər verir ki, mövzu ilə bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində danışıb.

O bildirib ki, stomatoloqlar tərəfindən qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır:

"Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən artıq müzakirələrə başlanılıb”.

V. Qurbanovun sözlərinə görə, burada konkret rəqəm və say üzərindən danışmaq düzgün deyil. Hələ rəsmi qərar yoxdur.