Close

Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.

TNS xəbər verir ki, mayın 26-dan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.