Bakı-Sumqayıt qatarı "28 May"da necə hərəkət edəcək?
7
14:27 - 23 May 2025

Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.
Bu barədə TNS "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadla xəbər verir.
Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.