Evdən dərs adı ilə çıxmışdı - Məktəbli qız itkin düşdü
10
10:40 - 23 May 2025
Bakıda yeniyetmə qız itkin düşüb.
TNS xəbər verir ki, Nizami rayonu E.Süleymanov küçəsində yaşayan 17 yaşlı A.Rzayeva dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.