4 gün ardıcıl iş olmayacaq
19
12:25 - 22 May 2025

Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.
TNS xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib.