Close

Ermənilərin bu mahnılarımızı mənimsənilməsinin qarşısı alındı

“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bu barədə TNS-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popurri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və  https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirmişdi. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməmişdi.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası “Youtube”un qeyd edilən səhifəsindən silinib.