Close

750 abonentin qazı kəsildi

Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə TNS-ə “Azəriqaz”dan məlumat verilib.

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.