Close

Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyuldu?

Stomatoloji müəssisələr üçün 1800 manatlıq "plan" öhdəliyi tələbi qoyulduğu iddia edilir.

TNS xəbər verir ki, bu barədə Xəzər TV-də süjet hazırlanıb.

İddialara görə, 1800 manatlıq öhdəlik dövlət poliklinikalarında işləyən stomatoloqlara tətbiq ediləcək. 

Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in stomatoloji müəssisələr üçün pul tələb etdiyini iddia  edir. Diş həkimləri TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni plan tələbinin, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğun olmadığını dilə gətirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən mövqe bildirilib.  

Daha ətraflı videoda: