Close

Bu şirkət işçi axtarır - Maaş 1800-2500 manat

Company Marketinq Direktoru vakansiya elan edir.

TNS xəbər verir ki, müraciət üçün son tarix mayın 25-ə kimidir.

İş şəraiti

İşə qəbul: Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;

İş qrafiki: 6 tam iş günü;

Əməkhaqqı: 1800 – 2500 AZN (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsinə əsasən təyin olunur).

Əsas məsuliyyətlər

Şirkətin marketinq istiqamətinin qurulması və strategiyaların həyata keçirilməsi;

Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;

Bazar meyllərinin və istehlakçı ehtiyaclarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi;

Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması.

Namizəd üçün əsas tələblər

Biznes, marketinq və ya əlaqəli sahədə ali təhsil;

Marketinq rəhbərliyi sahəsində minimum 4-6 illik təcrübə;

Rəqəmsal marketinqdə ən az 5 illik praktiki bilik və təcrübə;

SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;

Layihələrin idarə olunması, komandaya rəhbərlik və strateji düşüncə bacarığı;

Təhlil etmək, təqdimat hazırlamaq və effektiv kommunikasiya qurmaq bacarığı;

Çətin situasiyalarda operativ və nəticəyönümlü yanaşma.

Müraciət forması

Əgər yuxarıda qeyd edilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, zəhmət olmasa CV və varsa portfolionuzu "Marketinq Direktoru" başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərin.

Qeyd: Yalnız kriteriyalara uyğun namizədlərlə əlaqə saxlanılacaq. CV-nizi peşəkar və strukturlaşdırılmış şəkildə, portfolionuzla birlikdə təqdim etməyiniz tövsiyə olunur (hr.stepconsulting@gmail.com).