Close

5 mindən çox abonentin qazı KƏSİLƏCƏK

Sumqayıt şəhərinin bir neçə məhəlləsində orta təzyiqli yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması məqsədilə qaz təchizatı dayandırılıb.

Bu barədə TNS-ə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, 4, 5, 16, 17, 18, 19, 20, 21 və 34-cü məhəllələri əhatə edən 5 min 200 abonentin qaz təchizatı 159 millimetrlik qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar olaraq müvəqqəti olaraq dayandırılıb.

Qaz təchizatının bərpası işlərin tamamlanmasından dərhal sonra həyata keçiriləcək.