Close

Quruçayın suyu 11 sm artdı

Avtomat hidroloji stansiyaların mayın 19-u saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 12 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 2 sm və Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm, Oxçuçayda 8 sm, Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəngdə 5 sm artım qeydə alınıb.

Transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində 7 sm artıb, su sərfi 392 m3/san olmaqla normanın 193%-ni təşkil edir.