Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ - VİDEO
40
11:20 - 18 May 2025

Sosial şəbəkələrdə saxta səhifə adı altında müəllimlər üçün vakansiya təklif edilir, onlardan pul tələb olunur.
TNS xəbər verir ki, insanları bu şəkildə aldadaraq, onlardan 400 manat pul istənilir.
Vətəndaşlar bu pulu ödədikdən sonra isə saxta vakansiyanı təklif edənlərlə əlaqə kəsilir.
Daxili İşlər Nazirliyi (DİN) bu kimi saxta elanlara inanmamağı və vətəndaşları həmin məsələdə ehtiyatlı olmağa çağırır.
Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) videomaterialında: