Close

15:24
16 May 2025

Arvadını və qayınatasını öldürmüşdü - Hökm oxundu

Bakıda həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirləndirilən Hikmət Ələkbərovun cinayət işi üzrə məhkənin yekun prosesi keçirilib.

TNS Apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi - Bənövşə Əkbərovanın anası ərizə ilə müraciət edərək uşaqların dövlət himayəsinə verilməsini xahiş edib.

Abşeron rayon İcra Başçısının 2024-cü il sərəncamı ilə isə uşaqların qəyyumu qismində Hikmət Əkbərovun anası tanınıb.

Daha sonra dövlət ittihamçısı çıxış edərək Hikmət Əkbərovun ömrlük azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili onun 4 övladı olmasının nəzərə alınmasını və daha yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkənin anası barışıq olmadığını və ən ağır cəzanın verilməsini xahiş edib.
Hikmət Əkbərov son sözündə övladlarının dövlət himayəsinə verilməməsini xahiş edib. Onun tək xahişi övladlarının gələcəyi ilə əlaqəli olub.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Hikmət Ələkbərov ömrlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Onun övladları isə anasının qətyumluğunda qalacaq

Qeyd edək ki, hadisə ötən il Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. İttihama görə, kürəkən 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə yoldaşı 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb. Buna səbəb kimi, yoldaşının ona laqeyd münasibət göstərdiyini və onun həyatında başqası olduğundan şübhələnərək qətli planlayıb. Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib.
Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb.

Qohumlarınım sözlərinə görə hadisə qisas zəmnində baş verib. Belə ki, 14 il əvvəl Hikmət və Bənövşənin nişanı qaytarıldıqdan sonra təqsirləndirilən qızı qaçırıb. Daha sonra onun atası və dayısı Siyəzənə barışığa gələrkən yol qəzasına düşüblər və atası Bəylər Əkbərov həyatını itirib. Hadisədən sonra Hikmət Ələkbərov qaynatasına kinli olub, yoldaşı ilə yola gedə bilməyib.

Hikmət Ələkbərova Cinayət Məcəlləsinin 120,2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürəm), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan olunub.