Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
11
10:15 - 15 May 2025

Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir.
TNS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.