Close

Bakıda itən 14 yaşlı oğlan tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən 14 yaşlı oğlan tapılıb.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

09:40

Xətai rayonunda yaşayan 14 yaşlı yeniyetmə evdən çıxıb və geri qayıtmayıb.

TNS xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 32 ünvanında yaşayan 28.06.2011-ci il təvəllüdlü Cabbarov Rəvan Nadir oğlu mayın 11-də yaşadığı mənzildən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.