Close

Ayaqyolunda meyiti tapıldı

Bakıda tikinti materialları mağazasından meyit tapılıb.

TNS xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Sabir oğlu Bəşirov qəsəbədəki mağazanın sanitar qovşağına daxil olsa da, bir müddət oradan çıxmayıb. Mağaza işçiləri sanitar qovşaqda onun meyitini aşkar ediblər.

İlkin ehtimala görə, V. Bəşirov ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırma aparır.