Plana düşən ərazidə təmirsiz ilə təmirli mənzillərə niyə eyni məbləğ ödənilir? - VİDEO

Bir evin təmirinə 50 min manat xərc çəkilib, digəri isə təmirsizdir... Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır...
TNS xəbər verir ki, mövzu ilə bağlı Xəzər TV süjet hazırlayıb.
Əmlak eksperti Elnur Azadov TV-ə açıqlamasında bildirib ki, təmirli və təmirsiz mənzil məsələsi MTK-larla sakinlər arasında çox vaxt problemə çevrilir.
Ekspertin sözlərinə görə, ölkədə 80-dən çox qiymətləndirmə şirkəti və qiymətləndirmə haqqında qanunlar var. Məhz bu cür hallarda proses qanunla tənzimlənməli, qiymətləndirmə şirkətləri məsələyə cəlb olunmalıdır.
Qeyd edək ki, sakinlər və MTK arasında bununla bağlı yaranan narazılıq bəzi hallarda hətta məhkəmələrə qədər uzanır.
Daha ətraflı videoda: