Kürdə sululuq 37 sm artdı
9
10:13 - 11 May 2025

Avtomat hidroloji stansiyaların mayın 11-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 sm, Əyriçayda 12 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəng və Tutqunçayda 3 sm, Bərgüşadçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 37 sm, Kür-Şirvanda 34 sm, Kür-Bankədə isə 5 sm artım qeydə alınıb.